olkepress.com
olkepress.com

“Allahşükür Paşazadəyə olar, başqalarına olmaz?” - QMİ-dən "ilahi" qərar

10-05-2022, 16:42

“Allahşükür Paşazadəyə olar, başqalarına olmaz?” - QMİ-dən "ilahi" qərar

Bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər gedə bilməyəcəklər.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev modern.az saytına açıqlaması zamanı bildirib. O əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu il xarici ölkə vətəndaşları Azərbaycandan Həcc ziyarətinə gedə bilməyəcək:

“Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq. Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər.
Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək”. Dia.az-ın məlumatına görə, ilahiyyatçı Elşad Miri məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu qərarın heç bir izahı yoxdur. “QMİ sədrinin görün, neçə yaşı var? O özü bu yaxınlarda Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gedəcək. Ona olar, başqalarına olmaz?

Yəqin onlar fikirlərşirlər ki, 65 yaş təqaüd yaşıdır və onların günahlarını “yudurmağa ehtiyac yoxdur”. Onların yanaşmaları budur ki, yalnız işləyənlər ora gedib günahlarını yudurmalı və gəlib yenidən günahlar etməlidirlər. Bunun başqa heç bir anlamı yoxdur.

Bir də onu düşünə bilərlər ki, yaşlı insanlar səfər zamanı təşkilatçılara əziyyət verə bilər. Onlarla məşğul olmamaq üçün rahatçılıqla belə qərar verirlər”.

Sonda ilahiyyatçı onu da xatırladıb ki, Roma papası seçilmək üçün belə kardinalların minimum yaşı 80-ə kimi olmalıdır.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gedəcək.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi