olkepress.com
olkepress.com

Hüsnü Quliyevin KİNO kimi karyerası...

12-06-2021, 10:02

Hüsnü Quliyevin KİNO kimi karyerası...

Atalarımız nə olsun ki, deyiblər, abad kənd yolundan bəllidir, mədəniyyət yoldan başlayır.

Bu deyilənlərə baxmayaraq ən yamaqlı yollar da, ən bahalı yollar da, ildə ən azı 2 dəfə çöküb təzədən salınan yollar da bizdədir.
Dəfələrlə yazmışıq, bir də yazaq. Yol çəkmək haranısa qırlamaq deyil. Yəni mürəkkəb inşaatdır.
Bizdə uzun illər yol tikintisi ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti məşğul olub, sonra adını dəyişib “ Azəravtoyol” ASC olub. Guya Allah qoymasa, ad dəyişməklə nəsə dəyişibmi ?
Sonuncu dəfə qurum adını yenə dəyişdi və oldu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA ).
Çox gözəl, görək müsbətə doğru nəsə baş veribmi ?
Bizi bütün yazılarımızda həmişə “qızıl orta”nı qorumağa çalışırıq. Yəni hər şeyi qaralamaq, yaxud hər şeyi tərifləmək olmaz. Ona görə də qeyd etməyi vacib hesab edirik ki, müstəqillik dönəmində xeyli müsbət işlər də görülüb. Amma xeyli problemlər də var. Və bunları mütləq qeyd etməliyik.
Öncə ondan başlayaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.
Yəni əvvəlki “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti, “ Azəravtoyol” ASC deyilən qurumlar yoxdur, əvəzində AAYDA var.
Amma qurumun saytında http://www.aayda.gov.az hələ də bəzi rəhbər şəxslərin avtobioqrafiyasında ASC gedir.
Bəs AAYDA boyda qurumun Aparat rəhbəri Tariyel Pənahov, yaxud digər müavin Hüsnü Quliyev hara baxır ?
Söhbət hələ qanunsuzluqlardan, korrupsiyadan, rüşvətdən getmir ee, adicə qurumun saytına nəzarətdən gedir. Digər məsələlərlə bağlı növbəti yazıda bəhs edəcəyik. Bu hələ girişdir.
Yeri gəlmişkən, qurumun saytında sədr müavini olan Hüsnü Quliyevin “dannıları” xeyli təəccübümüzə səbəb oldu.
Hüsnü Ələkbər oğlu Quliyev 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində anadan olmuşdur.
1984-cü ildə Bakı Kooperativ Texnikumunun “Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili” fakültəsini fərqlənmə ilə bitirmiş “əmtəəşünas” ixtisasına yiyələnmişdir və 2002-ci ildə Odlar Yurdu Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini bitirmiş “maliyyə və kredit” ixtisasına sahiblənmişdir.
Ay yoldaşlar, ərzaq malları və əntəəşünaslıq hara, YOL hara ?
Hüsnü müəllim ali təhsili olmadığı halda 1984-1991-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək rayon İstehlak Cəmiyyətində müdir olub. Ali təhsili olmayan şəxsin bu vəzifəni daşıması ağla sığmır.
Sonra Hüsnü müəllim, 1991-1997-ci illərdə “Azərkinovideo” da işləyib.
İndi özümüz deyin əmtəəşünas hara KİNO hara ?

Nəhayət hansısa sirrli əl Hüsnü müəllimi gətirib qoyub “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində Yollarının Yaşıllaşdırılmasına rəis. KİNO-dan keçdi yaşıllaşdırmaya.

2016- 2017 cı illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini müvvəqqəti icra edib.

10 mart 2017- ci il tarixindən 21 dekabr 2017- ci il tarixinədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.
Qurumun əsas işi Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirməkdir.
Ancaq rast gəldiklərimiz əsl KİNO mövzusudur.
Əsl KİNO mövzusu isə Aparat rəhbəri Tariyel Pənahovla bağlıdır. Bu barədə növbəti yazıda.
ARDI VAR... //gundelik-baku.com//

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi