olkepress.com
olkepress.com

"SƏBA"nın BROYLER BÖLÜCÜLÜYÜ...

4-05-2021, 11:18

"SƏBA"nın BROYLER BÖLÜCÜLÜYÜ...
"Səba” şirkəti məzhəbçiliyi təbliğ etməklə məşğuldur.

TİA.Az-ın xəbərinə görə, şirkətin istehsal etdiyi broylerlərin etiketində İslam dinin sünni məzhəblərinin adları qeyd olunub.
Sosial mediada yayılan foto faktdan da görünür ki, “Səba şirkəti toyuq məhsulunun üzərində hənəfi, hafi, maliki, hanbali məzhəblərinin adlarını yazıb. İslam dinin məzhəblərinin bir qisminin toyuq məhsulunun üzərində göstərilməsi həm dini ayrı-seçkilikdir, həm dinin alət olunmasıdır.
Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, məhsulun üstündə “halal” yazılması ilə sözügedən məzhəblərin qulluqçularına bu toyuqların halal olduğu mesaj verilib. Belə çıxır ki, digər dinlərin, təriqətlərin üzvləri üçün “Səba” toyuqları nəzərdə tutulmayıb. Qeyd edək ki, ekspertlər “Səba” toyuqlarının geni modifikasiya edilmiş məhsullar olduğunu iddia edirdilər. İndi GMO hara, halallıq hara, məzhəbçilik hara…

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi