olkepress.com
olkepress.com

Elşad müəllim də "HAQQIN YOLU"NU TAPIB...

9-09-2021, 17:10

Elşad müəllim də "HAQQIN YOLU"NU TAPIB...

Bakının Yasamal rayon icra başçısı Elşad Həsənovun qanunsuz tikintilərə icazə verdiyinə dair foto fakt yayılıb.

TİA.Az bildirir ki, bununa bağlı jurnalist Əziz Orucov yazıb.
Onun sözlərinə görə, Yasamal rayonu ərazisində qanunsuz tikintilərə verilən icazələrlə bağlı araşdırma aparır: “Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənfəət əldə etmək, “haqq” alaraq müxtəlif işlərə göz yummaq sənin daşıdığın vəzifənin sənin sonuna çıxacağına gətirəcək.
Hələ məmur olaraq biznes fəaliyyəti ilə məşğul olmağını demirəm… Mülk və əmlakların, restoranların, özününküləşdirilən daha nələr nələr, hamısı haqda da danışacağıq tələsmə, Elşad müəllim!”
Qeyd edək ki, E.Həsənovun Yasamalı bərbad günə qoyduğu, özündən əvvəlki icra başçılarından fərqlənmədiyini dəfələrlə yazmışıq. Bundan qabaq rayonun deputatı olmuş E.Həsənov hazırda Yasamalda heç bir quruculuq işi aparmır, amma qanunsuz tikintilərə rəvac verir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi