olkepress.com
olkepress.com

Şoyqu İlham Əliyevlə görüşdə Türkiyə ilə razılaşmadan danışdı

30-10-2019, 17:11

Şoyqu İlham Əliyevlə görüşdə Türkiyə ilə razılaşmadan danışdı
Türkiyə və Rusiya prezidentlərinin Soçidə imzaladığı memorandum çətinlik olmadan həyata keçirilmir, ancaq görürük ki, bu, sülhün bərqərar olması və Suriyanın suverenliyinin qorunması üçün yeganə yoludur

TASS xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarının qəbulu zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
S.Şoyqu qeyd edib ki, Rusiya bu gün beynəlxalq terrorizmlə mübarizədə geniş təcrübə qazanıb: “Təcrübəmizi həmkarlarımızla bölüşməyə hazırıq. Bu, beynəlxalq terrorizmə qarşı mübarizə və humanitar yardım - minalardan təmizlənmə, tibbi xidmət və digər məsələlərə aiddir”.
Koalisiya hərbi quruluşuna toxunan Şoyqu burada gündəliyin “olduqca geniş” olduğunu qeyd edib: “Əməkdaşlıq birlikdə düşündüyümüz və təsdiq etdiyimiz plana uyğun olaraq inkişaf edir”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi