olkepress.com
olkepress.com

Dünya liderləri İlham Əliyevi təbrik etməkdə davam edirlər

9-02-2024, 17:08

Dünya liderləri İlham Əliyevi təbrik etməkdə davam edirlər

Növbədənkənar prezident seçkilərində böyük üstünlüklə qalib gələn İlham Əliyevə dünya liderlərindən təbriklər gəlməyə davam edir.

Rusiya Prezidenti Vladimir Putin, Albaniya Respublikasının Prezidenti Bayram Beqay, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Türkmən xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes İlham Əliyevə öz təbriklərini çatdırıblar.

Qeyd edək ki, İlham Əliyev ekzitpol nəticələrinə əsasən, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində 93,9 faiz səslə qalib gəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi