olkepress.com
olkepress.com

Ağdamda aqrar şəhərcik yaradılır

4-09-2024, 14:38

Ağdamda aqrar şəhərcik yaradılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belarus Respublikasının xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitə sədri iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini və qabaqcıl təcrübələr əsasında birgə layihələrin icrası üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə Belarus mütəxəssisləri tərəfindən Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqrar şəhərciyin yaradılması ilə bağlı layihə işlərinin icra vəziyyəti müzakirə edilib və layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına təsiri vurğulanıb. İşğaldan azad olunmuş ərazilərin bərpasında Belarus təcrübəsinin tətbiqi ilə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyi qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi