olkepress.com
olkepress.com

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

7-09-2024, 14:53

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

“Dəzgahqayırma Zavodu” ASC-nin səhmləri dövriyyədən çıxarılıb.

Olkepress.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında “Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxs yaradılıb.


Bununla əlaqədar “Dəzgahqayırma Zavodu” ASC-nin ümumilikdə hər biri 1 manat dəyərində 443 787 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb.

“Dəzgahqayırma Zavodu” ASC yenidən təşkil olunub və “Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti “Dəzgahqayırma Zavodu” ASC-nin hüquqi varisidir.

Qeyd edək ki, “Dəzgahqayırma Zavodu” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 489 714 manat, qanuni təmsilçisi Mehmet Ali Seyhandır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi