olkepress.com
olkepress.com

Cinsi zorakılıq ilə ölümə səbəb olanlar edam ediləcək

4-09-2024, 14:36

Cinsi zorakılıq ilə ölümə səbəb olanlar edam ediləcək

Hindistanda cinsi istismar ilə fərdin ölümünə səbəb olan insanların edamını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Qanun layihəsi Qərbi Benqal Dövlət Assambleyası tərəfindən qəbul edilərək parlamentə təqdim olunub.
Cinsi zorakılıq ilə fərdin ölümünə səbəb olan şəxslərə ölüm cəzasının verilməsini nəzərdə tutuan qanun layihəsi əyalət parlamentində yekdilliklə qəbul edilib.

Bununla da Qərbi Benqal ölkədə cinsi istismar, kütləvi cinsi istismar və uşaqlara qarşı cinsi cinayətlər ilə bağlı qanunlara dəyişiklik edən ilk ştat oldu.

Parlamentin qəbul etdiyi qanun layihəsi Qərbi Benqal qubernatoru Ananda Bose və Hindistan prezidenti Droupadi Murmu tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi