olkepress.com
olkepress.com

Qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini saxlanılıb

5-09-2024, 11:33

Qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini Bəhram Abdurahmanov saxlanılıb.

Ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub. Ekspertizaların da rəylərinə əsasən həmin predmetlərin VII əsrdə pul vahidi kimi istifadə edilən və Azərbaycanın milli mədəni irs siyahısına aid olan gümüş sikkələr olduğu müəyyən edilib.

Götürülmüş sikkələr saxlanılması üçün aidiyyəti üzrə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİN-in mətbuat xidməti


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi