olkepress.com
olkepress.com

Sahibə Qafarova MDB Parlamentlərarası Asambleyasının sessiyasında iştirak edəcək

22-11-2021, 18:46

Sahibə Qafarova MDB Parlamentlərarası Asambleyasının sessiyasında iştirak edəcək

Noyabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının payız ssesiyası keçiriləcək.

Ölkəpress.com-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiya Şurasının sədri, MDB PA Şurasının sədri Valentina Matvienkonun sədrliyi ilə keçiriləcək tədbirdə MDB ölkələri parlamentlərinin heyətlərilə yanaşı, bir sıra beynəlxalq təşkilatların təmsilçilərinin, elm adamlarının, ekspertlərin də iştirak edəcəyi gözlənilir.
Noyabrın 25-də MDB PA-nın bir sıra daimi komitələrinin iclasları ilə yanaşı, “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın hədəfləri” adlı beynəlxalq konfransın da açılışı olacaq. Konfransda MDB PA parlament nümayəndə heyətləri, Ümumdünya Səhiyyə Təşkilatı Avropa regional bürosunun rəhbərləri iştirak edəcəklər.

Noyabrın 26-da MDB PA-nın 53-cü plenar iclası keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi