olkepress.com
olkepress.com

Yaqub Zurufçunun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

10-09-2021, 21:11

Yaqub Zurufçunun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Aynur Zurufçu açıqlamasında bildirib ki, koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb:

“Dünən həkimi bildirdi ki, bir-iki gün vaxt lazımdı. Görək bu müddət ərzində orqanizmi müalicəyə necə reaksiya verəcək. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mənə zəng vurdu. Dedi ki, biz onu süni tənəffüs aparatına qoşmaq istəyirik. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xaricdən həkim də dəvət olunub. Anar Ələkbərov bildirdi ki, Mehriban xanımla bu məsələni geniş müzakirə ediblər və əllərindən gələni edəcəklər ki, sənətçimiz sağalsın. Vəziyyəti nəzarətə götürdüyünə görə, Mehriban Əliyevaya təşəkkür edirəm”.

Mənbə: Trend

Ökəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi