olkepress.com
olkepress.com

Koronavirusdan sağalan 14 nəfər qan plazması verib - VİDEO

22-06-2020, 17:19

Koronavirusdan sağalan 14 nəfər qan plazması verib - VİDEOArtıq Azərbaycanda da Covid 19-dan sağalmış xəstələrdən qan plazması götürülür.

Baku.Tv xəbər verir ki, həmin plazmalar koronavirus xəstələrinə köçürülür. Ekspertlər, həkimlər bu üsulun koronavirusla mübarizədə effektiv olduğunu düşünürlər. Belə ki, infeksiyadan sağalan şəxslərin qanından alınan anticisimlər ağır xəstələrə köçürülür. Bu da onların müalicəsində müsbət nəticə verməsinə kömək olur.
Həkim Hematoloq Şəhla Şabanova onu da qeyd edir ki, donor olmaq istəyən və qan plazması köçürüləcək şəxslərdən əlavə heç bir ödəniş tələb olunmur. Bu könüllü şəkildə həyata keçirilən bir prosedurdur.

İmmun plazma köçürülməsi əsasən 18-60 yaş aralığında olan sağalmış, son 14 gün ərazində heç bir klinik şikayəti olmayan donorlardan toplanılır. Donorlardan qan plazmasının götürülməsi 45 dəq – 1 saat zamanında həyata keçirilirsə, koronavirusdan əziyyət çəkən xəstələrə köçürülməsi isə 2 saat ərzində baş tutur.

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2023    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi