olkepress.com
olkepress.com

Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib

24-10-2023, 14:24

Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib

Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib.
ABŞ-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir. Bu dəfəki tədbirə Şimali Korolina ştatı ev sahibliyi etdi.

Tədbir Azərbaycanın ABŞ-dəki səfirliyi və Azərbaycan-Amerika dostluq cəmiyyətinin dəstəyi ilə Çapel Hill şəhərində yerləşən Aziz Sancar adına Türk Mədəniyyət Mərkəzində baş tutdu.
Tədbirdə ölkəmizin ABŞ-dəki səfiri Xəzər İbrahim, Çapel Hill şəhərinin meri Pəm Heminqer,Azərbaycan Dostluq cəmiyyətinin rəhbəri Adika İqbal , diplamotik korpusun təmsilçiləri, yerli Azərbaycan, Türk, Pakistan icmasının nümayəndələri, iş adamları, yerli universitetlərin tələbə və müəllim heyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə Azərbaycanın ABŞ- dəki səfiri Xəzər İbrahim, Çapel Hill şəhərinin meri Xanım Pəm Heminqer , Azərbaycan dostluq cəmiyyətinin rəhbəri Adika İqbal çıxış etdilər.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət Müstəqilliyinin möhkəmlənməsində xidmətlərindən, onun uzaqgörən daxili və xarici siyasətini qeyd etdilər. Habelə ölkəmizin zəngin mədəni və tarixi irsi barədə məlumat verdilər.

Bundan əlavə, tədbirdə 44 günlük Vətən Müharibəsi və 1 günlük savaş zamanında Azərbaycan torpaqlarının işğaldan azad olunmasında Prezident İlham Əliyevin əvəzsiz rolu da vurğulandı. Azərbaycanın ərazi bütövlüyünün və Dövlət suverənliyinin tam və qəti sürətdə bərqərar olunması iftixar hissi ilə bildirildi.

Şəhərin meri xanım Pəm Heminqer çıxışında müxtəlif ölkələrdən olan icmaların bir araya gətirməsində yerli Azərbaycan icmasının böyük rolu olduğunu qeyd etdi.
Tədbir çərçivəsində Nobel mükafatı laureatı Əziz Sənçərə Nizami Gəncəvi qızıl medalı təqdim olundu.
Əziz Sənçar öz çıxışında dahi Nizami Gəncəvi adını daşıyan medalla təltif olunduğu üçün böyük şərəf duyduğunu bildirdi.
ABŞ-dəki Azərbaycan səfirliyi tərəfindən Qarabağ məktəbinə aid Şuşa xalçası xatirə hədiyyəsi olaraq təqdim olundu.

Tədbir Azərbaycan milli musiqi və rəqsləri ilə davam etdi. Tədbirdə AZTV - nin və Beynəlxalq Muğam Mərkəzinin solisti , sevilən müğənni , 6- cı Televiziya Muğam Müsabiqələrinin qalibi( Qran-,Pri mükafatçısı) Almaxanım Əhmədlinin çıxışı iştirakçılar tərəfindən rəğbətlə və alqışlarla qarşılandı.
Tədbir iştirakçıları həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə təşkil olunmuş foto sərgi ilə tanış oldular .

Tədbirin sonunda Azərbaycan - ABŞ dostluq cəmiyyətinin fəallarına sertifikatlar təqdim olundu. Yubiley tədbirləri davam edir.24 oktyabrda Kaliforniya ştatında Azərbaycan İcmasının təşkilatçılığı ilə Almaxanım Əhmədli geniş konsert proqramı ilə çıxış edəcək.
Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib
Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib
Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib
Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib
Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib
Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib
Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib
Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirrilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi