olkepress.com
olkepress.com

Dünya çempionumuz Olimpiadaya lisenziya qazandı

5-06-2021, 17:33

Dünya çempionumuz Olimpiadaya lisenziya qazandı


Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Ölkəpress.com xəbər verir ki, 2013-cü ilin dünya çempionu Cavid Çələbiyev (-63 kq) 1/8 finalda Corc Beytsi (İrlandiya) məğlub edərək, 1/4 finala çıxmaqla paralel Olimpiadaya vəsiqəni özü üçün təmin etmiş olub

Həmçinin, millimizin Kuba əsilli üzvü Alfonso Dominqes (-81 kq) 1/4 finalda İmam Xatayevdən (Rusiya) üstün olsa, Olimpiadada iştirak edəcək.

Bu gün həmçinin ən ağır çəkili boksçumuz Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaq. O, 1/4 finala çıxmaq üçün Adam Kulikin (Polşa) müqavimətini qırmağa çalışacaq. Onun Olimpiadaya vəsiqə qazanması üçün bundan sonra daha bir rəqibinə qalib gəlməsi lazımdır.

Qeyd edək ki, Tayfur Əliyev (-57 kq) boksçularımızdan Olimpiadaya lisenziya qazanan ilk idmançımız olub. O, ötən il Londonda keçirilmiş və pandemiyaya görə yarımçıq dayandırılmış analoji turnirdə 1/4 finala çıxmaqla Olimpiadada iştirak arzusuna nail olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi