“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi öz istedadından danışıb.
36 yaşlı hücumçu onun Tanrı tərəfindən seçildiyini deyib:
“Uşaq yaşlarımdan mənə həmişə fərqli olduğumu və insanların məni görməyə gələcəyini deyirdilər. Bunu böyüdükcə dərk etmədim. Tanrı məni seçdi. Bu, onun mənə verdiyi hədiyyə idi. Mən bundan istifadə etdim. Mümkün olan hər şeyi etdim”.