olkepress.com
olkepress.com

Qadın dünya çempionumuz baş katib təyin olundu

26-11-2021, 18:01

Qadın dünya çempionumuz baş katib təyin olundu

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.

Ölkəpress.com-a verilən xəbərə görə, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin olunub.
46 yaşlı İlahə Qədimova 1992-ci ildə müstəqil Azərbaycana Avropa çempionatının ilk bürünc medalını qazandıran komandanın iki üzvündən biri olub. O, 1992 və 1993-cü ildə 18 yaşadək qız şahmatçılar arasında dünya çempionu olub. 2008-ci ildən aktiv şahmatçı karyerasını başa vuran Qədimovaya 2016-cı ildə FIDE hakimi adı verilib.

Qeyd edək ki, bu gün keçirilən seçkidən sonra prezident postunda Mərkəzi Bankın sədri Elman Rüstəmovu federasiyanın bunadək vitse-prezidenti olan Mahir Məmmədov əvəzləyib. Faiq Həsənov federasiyanın I vitse-prezidenti və Seymur Talıbov vitse-prezident kimi işini davam etdirəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi