Artıq iki ildir Naxçıvan MR DİN-də Azərbaycan Polis Akademiyası məzunlarının ovuna başlandığı barədə xəbər vermişdik. Onu da vurğulamışdıq ki, bu “ixtisar”ların bir neçə səbəbi var. Bunlardan biri həmin ixtisaslı kadrlara “paytaxtın casusları” kimi baxılması, digəri isə IQ dərəcələrinin yüksək olmasıdır.
Qısası, düşünmə qabiliyyəti yüksək olan bu məzunlar Azərbaycan Polis Akademiyasında aldıqları hüquqi təhsilin də sayəsində etdikləri hərəkətlərin məsuliyyətini anlayır, verilən qanunsuz əmrləri canü-könüldən yerinə yetirmirlər. Naxçıvan rəhbərliyi isə bu casərəti göstərə bilən kadrlardan xoşlanmır. Odur ki, müxtəlif basqılarla onları sinsidib işdən çıxmağa vadar edirlər. Bu da alınmayanda şəxsi işlərini ləkəyib “polis fəaliyyətinə yararsız” damğası ilə Daxili İşlər orqanlarından uzaqlaşdırırlar. Beləcə, bir tərəfdən yüksək intellektual səviyyəli polis əməkdaşları ömürlərinin sonuna qədər bu strukturlardan uzaqlaşdırılır, digər tərəfdən isə Naxçıvan MR DİN heyəti çiynində paqon daşıyan savadsızlar ordusundan təşəkkül tapır.
Sual oluna bilər: bəs, bu savadsızlar ordusunun sərkərdəsi sayılan Daxili İşlər nazirlərinin biliyi hansı səviyyədədir?
Sirr deyil ki, Azərbaycan Polis Akademiyasının məzunlarına qarşı sıxışdırma hərəkətləri Naxçıvan MR DİN-in bundan əvvəlki rəhbəri Fazil Ələkbərov zamanında başlamışdı. Fazil Ələkbərovun isə 40 yaşına qədər polis serjantı kimi fəaliyyət göstərdiyi, Naxçıvan Ali Məclisinin sədri (bəziləri “paxıllıq”dan ona “xan” da deyirlər) Vasif Talıbovla qohum olduqdan sonra bir neçə il müddətində birdən-birə general-leytenantlığa sıçradığı hər kəsə bəllidir. Ondan əvvəl Naxçıvan MR DİN-nə rəhbərlik edən Əhməd Əhmədovun IQ səviyyəsi də heç ondan geri qalmırdı.
Polis Akademiyasının məzunlarının ən böyük ovu da məhz Fazil Ələkbərovun zamanında baş vermişdi. 1 ildə 36 polis əməkdaşı müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılmışdı. Bu böyük “ixtisar”ın isə bir səbəbi vardı: həmin Naxçıvan Orta İxtisas Polis Məktəbindən (el arasında ona “Polis peşə texniki məktəbi” də deyirlər, çünki bu təhsil ocağına girmək üçün qəbul imtahanlarından 50 bal toplamaq kifayətdir) 30 məzun buraxılacaqdı. Onları iş yeri ilə təmin etmək üçün, təbii ki, Polis Akademiyasının eyni sayda məzunu işdən çıxarılmalı idi. Fazil Ələkbərov isə bir az “uzaqgörənlik” göstərib bu sayın üzərinə daha 6 nəfər əlavə edərək, gələcək təyinatlar üçün vakant yerlər də hazırlamışdı.
DİA.AZ xəbər verir ki, ovqat.com-un əldə etdiyi məlumatlara görə, Polis Akademiyasının məzunları ovu nə qədər Fazil Ələkbərovun zamanında başlasa da, əslində bu ixtisarların əsas müəllifi indiki nazir Rəşad İsmayılov idi. Belə ki, savadlı polis ixtisarları gedən sıralarda Fazil Ələkbərov müəyyən səbəblərdən öz qudası Vasif Talıbovun gözündən düşmüş və nazirliyə faktiki rəhbərlik onun müavini Rəşad İsmayılova keçmişdi. Rəşad İsmayılov isə “Seyid Əhməd əli ilə ilan tutmaq” qabiliyyətini işə salıb özünə uyğun kadrların polis orqanlarına doldurulması əməliyyatlarına start vermişdi.
Növbəti sual: Bəs, bu ilin 7 fevral tarixində Ali Məclisi Sədri Vasif Talıbovun imzaladığı fərmanla nazir təyin olunan Rəşad İsmayılovun savadı hansı səviyyədədir?
Sözsüz ki, bu suala dəqiq cavab vermək üçün gərək Rəşad İsmayılovu attestasiya imtahanından keçirəsən. Naxçıvanda isə bir naziri attestasiya imtahanından keçirməyi heç paytaxtın ən yüksək səlahiyyətli şəxsləri də bacarmaz. Çünki bu diyarda əsas odur ki, “xan”ın süzgəcindən keçəsən. “Xan süzgəci” bütün attestasiya imtahanlarının nəticələrindən daha üstündür və Rəşad İsmayılov da o süzgəcdən keçdiyi üçün bu gün Naxçıvan MR Daxili İşlər naziri postunda əyləşib.
Bununla belə, Naxçıvan MR Daxili İşlər Nazirliyindəki mənbəmizdən Rəşad İsmayılov barədə əldə etdiyimiz bəzi məlumatlar onun savadı haqqında bəzi ipucları verməkdədir. Sizi cənab nazirin qısa avtoqrafiyası ilə tanış edirik. Daha geniş məlumatları onun barəsində yaradılacaq “Wikipediya” materialı üçün saxlayırıq.
Rəşad İsmayılov: Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, polis polkovniki.
İsmayılov Rəşad Rafiq oğlu 20.09.1978-ci il tarixdə Şərur rayonunun Xok kəndində anadan olmuşdur. 2000-ci il tarixdə Ali Diplomatiya Kollecini, 2012-ci il tarixdə isə Naxçıvan Dövlət Universitetini bitirmişdir. 2000-2001-ci il tarixlərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Culfa rayon Prokurorluğunun stajor-müstəntiqi, Culfa rayon Prokurorluğunun müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin mühüm işlər üzrə müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun böyük köməkçisi (Təşkilat-analtik məsələlər üzrə), Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin rəisi və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun müavini vəzifələrində xidmət etmişdir. Bu kimi böyük vəzifələrin əksəriyyətini isə kollec məzunu vəsiqəsi ilə həyata keçirmişdir.
25.01.2021-ci il tarixdən daxili işlər orqanlarında xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25.01.2021-ci tarixli 83-06/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07.02.2022-ci il tarixli 106-Vl FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.02.2021-ci il tarixli Ə268ş/h-001-21 nömrəli əmri ilə polis polkovniki xüsusi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var.
Ali Diplomatiya Kolleci 1992-ci il, aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilmişdir. Həmin kollecin indiki adı Bakı Avrasiya Unversitetidir.
Deyəsən, xoruzun quyruğu məhz bu məqamda gizlidir. Söhbət hörmətli Rəşad müəllimin niyə Naxçıvan Orta İxtisas Polis Kollecinin məzunlarına xüsusi sevgi bəsləməsinin əsl səbəbindən gedir. Çünki nazirin özü də böyük hörmət bəslədiyi polis peşə texniki məktəbinin məzunları kimi kollec yetirməsidir.
O ki qaldı Rəşad İsmayılovun kolleci bitirdikdən hardasa 10 il sonra - 2012-ci ildə Naxçıvan Dövlət Universitetindən məzun olmasına, hər kəs bu universitetdə ikinci təhsilin necə əldə edilməsi haqqında məlumatlıdır. Ona görə də o barədə hələlik geniş yazmağı ehtiyac duymuruq. XalqXeber.Az
Mərdan Camalov haqqında ilginc iddialar... - Belə deyirlər...
Bu gün, 13:57 28
Mərdan Camalov haqqında ilginc iddialar... - Belə deyirlər...
Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalovun barəsində Gundelik-Baku.com olaraq kifayət qədər yazmışıq.
Sonuncu yazımızda bu adamın Prezidentin rəsmi saytında Mərdan Camalov, Zərdab Rayon icra hakimiyyətinin saytında isə Mərdan Camalzadə adlandırılması və bunun hüquqi rüsvayçılıq olması barədə yazmışdıq.
Təsəvvür edirsiniz, dövlət qurumu olan Prezidentin saytında bu adamın soyadı CAMALOV, digər dövlət qurumu olan Rayon İcra Hakimiyyətinin saytında CAMALZADƏ gedir.
Təkcə bu fakt idarəetmədəki boşluqları ortaya qoyur.
Neçə illərdi ki, Gündəlik-Bakı olaraq yazırıq ki, Prezident Administrasiyası Rayon İcra Hakimiyyətlərinin rəsmi saytlarında bir qayda yaratsın.
Bu sizin üçün dərnək, yaxud blogger səhifəsi-zad deyil ee, rəsmi dövlət qurumunun səhifəsidr.
Amma təəssüflər olsun ki, bu məsələ tamamilə özbaşına buraxılıb.
Elə rayonlar var ki, rəsmi saytlarında bircə cümlə yazır ki, Prezident tərəfindən rayona icra başçısı təyin olunub.
Bircə cümlə...
İcra başçsının həyat yolu ilə tanış olmaq istəyən vətəndaş haradan bilsin ki, bu adam neçənci ildə anadan olub, ixtisası nədir, haralarda işləyib, orduda xidmət edibmi, yoxsa FƏRARİ-DEZERTİR olub və s...
Gündəlik-Bakı olaraq bu barədə neçə ildir ki, yazırıq...
Digər vacib məsələ odur ki, vətəndaşlar 100-150 minlik rayonların icra başçılarının tərcümeyi-halına baxanda məəttəl qalırlar.
Bu adamlar daş karxanasından, nə bilim “svarşik”likdən, coğrafiya müəllimliyindən gəlib icra başçısı olurlar.
Yəni bu adamların 1-cə gün də olsun idarəetmə təcrübəsi yoxdur.
Belələrindən biri də Mərdan Camalovdur.
Dəfələrlə yazmışıq ki, bu adam kənddə coğrafiya müəllimi işləyirdi...
Bəs nə baş verdi ki, bir gündə bu adam ŞƏRƏFLİ MÜƏLLİM adından imtina edib, zavodda SVARŞİK oldu..?
Bax, icra başçılarının tərcümeyi-halında belə maraqlı məqamlar çoxdur.
Sonra “svarşik” dönüb oldu, rayonda RAYPO sədri...
Adamdan soruşarlar ki, coğrafiya müəllimi hara, ticarət hara..?
Amma bu məqamda yada düşür ki, tarix müəllimi olan Hüseynqulu Bağırov da Azərbaycanda xeyli müddət ticarət naziri olub. Nə isə...mövzudan kənara çıxmayaq...
Bəli, Mərdan Camalov Şirvanda icra başçısı olanda Şirvanda 500 min dəyərində qiymətli metalı Rabitə nazirliyinin aparat rəhbəri, cinayətkar Vidadi Zeynalovla bölüşərək həzm rabedən keçiriblər.
Mərdan Camalov Şirvanda ən bahalı torpaqları verən, ticarət, ictimai-iaşə obyektlərini, restoranları ələ keçirən, üstəlik “DOST” İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartlarını seyfində saxlayan icra başçısı kimi tanınır.
Bəli, Mərdan Camalovun cibində 100-lərlə maaş kartı var idi.
Mərdan Camalovun Şirvanda Azəriqaza məxsus 3 min metr iri diametrli borunu doğrayaraq satması və qazandığı pulları o zamankı baş prokuror Zakir Qaralovla bölməsi hamıya məlumdur.
Hələ bu harasıdır ?
Mərdan Camalov Şirvandakı torpaqları əvvəlcə hektarlarla, sonra kv.m verib milyonlar qazandı.
İndi də yoldaş Camalov Zərdabın torpaqlarını verir.
Təkcə Zərdab torpaqlarını vermir eee…həm də şəhid atasına kəllə atır…
Bəli, 1-ci Qarabağ müharibəsində şəhid olan əsgərimizin Zərdab sakini olan atası deyir: “ Mən Mərdan Camalovun qəbulunda oldum. O mənim üstümə ŞIĞIYIB QIŞQIRARAQ MƏNİ VURMAQ İSTƏDİ. Orada olan insanlar müdaxilə etməsəydi, icra başçısı məni döyəcəkdi”. Gör dünyanın harasıdır ki, Mərdan Camalov şəhid atasının üstünə şığıyır, onu döymək istəyir.
Sən kimsən ay çilingər, ay “qazovşik”, sən şəhid atasını döymək istəyirsən. Gəncənin icra başçısı Elmar Vəliyev də sənin kimi şəhid atasını döymək istəyəndə qeyrətli oğlanlarımızdan biri Elmarın qaşqasına necə bir kəllə qoymuşdusa, bir həftə ayağa dura bilməmişdi, sonrası da bəllidir. Sən belə aqibətdən qorxmursan, ay Mərdan Camalov ?
Şəhid atası deyir ki, mən də başqa Zərdab sakinləri kimi qanuni sənədlərlə 25 illiyə torpaq icarəyə götürmüşəm, taxıl, yonca əkirəm, ailəmi dolandırıram: “ Mərdan Camalovun sifarişi ilə torpağı əlimdən aldılar. Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otartdırıb tələf etdilər. Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov verib”.
Prezident İlham Əliyev demişkən, Camalov, sən Allahdan da qorxmursan ?
Şəhid atası deyir ki, Mərdan Camalov Zərdab rayonuna icra başçısı təyin ediləndən əhaliyə zülm edir.
İcra başçısı şəhid ailəsinə hörmətsizlik edir.
Sözün qısası, Mərdan Camalova xahiş edərdik ki, Namidənin tok vuran yerindən bərk-bərk muğayat olsun, çünki Namidəyə görə Hacı Cahangiri 15 sutka, Maliyyə rəisi Həzinin oğlu İlqarı hal-hazırda 4 ay müddətinə həbsə göndərtmisiniz. Nahaq heç vaxt yerdə qalmır, Mərdan Camalov.
Elə bilirsən qohumun Rövşən işlətdiyi "Elvin" əxlaqsızlıq yuvasını çox hörmətli Hikmət müəllim elə belədən bağlayıb? Bu haqda növbəti sayımızda. Hörmətli Mərdan Camalov, bu yaxınlarda Şirvanda özəlləşdirdiyin şahmat məktəbindən, hektarlarla ərazisi olan uşaq bağçasını necə qonaq evinə çevirməyindən, makaron fabrikini necə apelyasiya məhkəməsinə icarəyə verməyindən, Heydər Əliyev parkının yarı hissəsini necə dəmir barmaqlıqlara salmağından, Müxalifət saytlarında özünə bəy tərifi yazdırmağından, Namidəyə hər il yeni maşın almağından, dayın Balamirzə ilə bacanaq olmağından, korteclə işə gəlib getməyindən, jurnalistləri təhdid etməyindən bəhs edəcək geniş yazı dərc edəcəyik. (gundelik-baku.com)
Ölkəpress.com