olkepress.com
olkepress.com

Bu gün prokuror zərərçəkənə təzyiq göstərən “mahmudovçu”nun HƏBSİNİ İSTƏYƏCƏK?

23-11-2021, 11:53

Bu gün prokuror zərərçəkənə təzyiq göstərən “mahmudovçu”nun HƏBSİNİ İSTƏYƏCƏK?

Bu gün, noyabrın 23-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Ötən məhkəmə iclasında zərərçəkənlərdən Hüseyn Səfərov vəsatət qaldıraraq məhkəmə binası önündə ona təzyiq göstərən təqsirləndirilən Vüsal Ələkbərovun həbsini istəyib. Digər zərərçəkənlər vəsatəti müdafiə ediblər. Bundan sonra hakim Elbəy Allahverdiyev vəsatət münasibət bildirmək üçün sözü prokurora verib. Prokuror mövqeyini açıqlamaq üçün məhkəmədən vaxt istəyib. Bundan sonra proses təxirə salınıb.

Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl də məhkum olunub. O, MTN-də çalışdığı dövrdə vəzifəsindən sui-istifadə etməklə hazırki iş üzrə də zərərçəkən şəxs statusunda olan vətəndaşlardan hədə-qorxu ilə külli miqdarda vəsait almaqda təqsirli bilinib. Əvvəlki məhkəmə hökmü ilə Vüsal Ələkbərova 12 il azaqlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin hökmlə Vüsal Ələkbərovun əmlakı müsadirə edilməklə zərərçəkən Akif Qurbanova verilməsi qət olunub.Sonradan Ali Məhkəmə Vüsal Ələkbərov barəsindəki hökmü 12 ildən 5 ilə endirib, cəzanı şərti hesab edib və müsadirə edilən əmlakının ona qaytarılmasını təmin edib.

Akif Qurbanov Ali Məhkəmənin qərarını əsassız və qanunsuz hesab edir. Baş verənləri Eldar Mahmudovun hakimiyyət daxilində dəstəkçilərinin olması ilə əlaqələndirir.

İttihama görə, Mövlam Şixəliyev, Vüsal Ələkbərov və digər 2 təqsirləndirilən mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələrdə, ibtidai istintaq dövründə həbs olunmayıblar.

Məhkəmə də ibtidai istintaq dövründə barələrində verilən qərarı dəyişməyib.

Odur ki, təqsirləndirilənlər məhkəmə binası qarşısında zərərçəkənlərə, mətbuat nümayəndələrinə təzyiq göstərməkdən çəkinmirlər.

Proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.

(Musavat.com)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi