olkepress.com
olkepress.com

Ağır xəstəlikdən əziyyət çəkən aktyor yığılan puldan imtina etdi - VİDEO

12-05-2022, 14:01

Ağır xəstəlikdən əziyyət çəkən aktyor yığılan puldan imtina etdi - VİDEO

"Pulun tam yığıldığını biləndə, özünüz də evdəki çığırtımın şahidi oldunuz. 15 saniyəyə bütün qonşular bizim həyətə toplaşdılar. Süfrələr açıldı, çaylar içildi. Hətta rayondan belə qonaqlar gəldi. Onlar gecə saatlarına qədər oturdular. Hamı gedəndən sonra mən tək qaldım. Oğlum İltifatın otağına daxil oldum. Gördüm ki, o mışıl-mışıl yatır. Ona baxa-baxa sizin verilişə gəldiyim gündən həmin saniyəyə qədər nələr yaşamışam, neçə çığırmışam, sevinmişəm. Hamısı gözümün önündən lent kimi getdi”.

Ōlkəpress.com xəbər verir ki, Bu sözləri qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev "Səni axtarıram” verilişində deyib.
Elvin onun üçün yığılan 50 min dollar puldan imtina edib. O, pulu xəstəlikdən əziyyət çəkən və verilişə pənah gətirən uşağın müalicəsinə verəcəyini açıqlayıb.

"Mənim 36 yaşım var. Neçə-neçə bayramlar görmüşəm. Xarici ölkələr gəzmişəm. Amma xəstəliklərdən əziyyət çəkən körpələr heç nə görməyiblər. Mənimki bura qədər imiş. Bu pulu təqdim edirəm Ceyhuna. Qoy, o uşaq yaşasın”.

Lakin Ceyhunun ailəsi bu pulu qəbul etməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi