olkepress.com
olkepress.com

Tələbə öz beyin əməliyyatını canlı yayımda göstərdi - VİDEO

4-11-2019, 18:50

Tələbə öz beyin əməliyyatını canlı yayımda göstərdi - VİDEOABŞ-lı tələbə özünün beyin əməliyyatını “Facebook”da canlı yayımlayıb.

Texas ştatında yaşayan Cenna Şardt xəstəliyi ilə bağlı açıq beyin əməliyyatı keçirib. Əməliyyatdan az öncə isə o, bu prosesi özünün “Facebook” hesabında canlı yayımda göstərmək istədiyini bildirib. Həkimlər öncə buna təəccübləniblər və razı olmayıblar. Cenna bildirib ki, bunu etməklə insanlara beyin əməliyyatının dəhşətli bir şey olmadığını, əməliyyatın real bir proses olduğunu göstərmək istəyir və insanları bundan qorxmamağa çağırır.
Həkimlər bundan sonra onun fikrini dəstəkləyiblər və canlı yayıma icazə veriblər.
Cenna Şardt beyninə qan toplandığı üçün həkimlər əməliyyat edərək həmin hissəni təmizləyiblər. Təxminən 45 dəqiqə davam edən canlı əməliyyata 145 mindən çox insan onlayn olaraq baxıb.
Tələbə qız özü də tibb sahəsində təhsil alır.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi