olkepress.com
olkepress.com

Fermerlərin uşaqları mini traktor sürərək aksiyaya dəstək verdilər

31-01-2024, 23:53

Fermerlərin uşaqları mini traktor sürərək aksiyaya dəstək verdilər

Fransanın şimal-şərqindəki Aşağı Reyn departamentində fermerlərin səfərbərliyi bir qədər fərqli forma alıb. Departamentin bir neçə yüz traktoru M35 şosesinin bir hissəsini bağladığı halda, fermerlərin uşaqları Strasburqdakı Kleber mərkəzi meydanı boyunca sıra yaradaraq pedallı traktorlarla gediblər.

Qeyd olunur ki, valideynləri kimi geyinmiş təxminən otuz uşaq, FDSEA mini traktorlarla Kleber meydanı ətrafında dövrə vurublar. Nizam-intizamı qorumaq üçün uşaqları anaları müşayiət ediblər.

Mini traktorların üzərində “Böyüyəndə atam kimi olmaq istəyirəm, amma bu vəziyyətdə deyil”, “Biz bütün bunlardan daha yaxşısına layiqik” və ya “Sabah səni mən yedizdirəcəyəm” kimi sözlər yazılmış plakatlar yapışdırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi