olkepress.com
olkepress.com

Rusiyadan Ukraynaya kütləvi raket hücumları gözlənilir

12-05-2022, 12:39

Rusiyadan Ukraynaya kütləvi raket hücumları gözlənilir

Rusiya bütün raketdaşıyıcılarını Ukrayna sərhədlərinə çəkib. Kütləvi raket hücumları gözlənilir.

Bu barədə “Daily Express” öz mənbələrinə istinadla xəbər verib.

Bu səbəbdən sakinlərdən həyəcan siqnallarına diqqətli olmaq istənilib.

Bundan başqa, Ukraynanın “Cənub” operativ komandanlığının məlumatına görə, Rusiya gəmiləri ən azı 50 raketi zərbəyə tam hazır vəziyyətdə saxlayır. Qeyd edək ki, mayın 9-da Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Qara dənizdəki qanadlı raket daşıyıcılarının sayının 7-yə çatdırıldığını bildirib (əvvəl 3 idi).

Yeri gəlmişkən qeyd edək ki, Belarus Müdafiə Nazirliyi Ukrayna ilə sərhəddə “xüsusi əməliyyat qüvvələri”nin yerləşdirildiyini açıqlayıb. Britaniya kəşfiyyatı bundan əvvəl Belarusun may ayında hərbi təlimlər keçirəcəyini xəbər vermişdi. Onların sözlərinə görə, təlimlər qrafik üzrə keçirilsə də Rusiya bundan Ukrayna qoşunlarını şimalda saxlamaq və onların Donbas uğrunda döyüşmək üçün hərəkət etməsinə maneə olmaq üçün istifadə edə bilər.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi