olkepress.com
olkepress.com

İmişlidə 7 tondan çox barama tədarük olunub

18-07-2020, 11:18

İmişlidə 7 tondan çox barama tədarük olunubİmişlidə barama tədarükü başa çatıb. Dövlətimiz tərəfindən baramaçılığın inkişafına göstərilən dəstəkdən bəhrələnən rayonun kümçüləri 7 tondan çox barama tədarük ediblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm rayonda 174 kümçü ilə müqavilə bağlanılıb, onlara 420 qutu (7 min 980 qram) ipəkqurdu toxumu paylanılıb. İşi müvəffəqiyyətlə başa çatdıran rayon kümçüləri tədarük məntəqəsinə 7 ton 728.4 kiloqram barama təhvil veriblər. Barama tədarükündə rayonun Bəhrəmtəpə qəsəbə, Oruclu, Göbəktala, Cəfərli, Telişli, Özcələr və Məzrəli kəndlərinin kümçüləri xüsusilə fəallıq göstəriblər.

Oruclu kənd sakini Eldar Rüstəmov ikinci ildir ki, ipəkqurdu toxumu bəsləyir. “Son illər dövlətin baramaçılığın inkişafına göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya digər kümçülər kimi mənim də bu sahəyə olan marağımı artırıb. Ötən il 3 qutu ipəkqurdu toxumundan 180 kiloqram barama istehsal etmişəm. Bu il isə 3.6 qutu ipəkqurdu toxumu bəsləyərək 201 kiloqram barama götürmüşəm. Məhsuldan 1800 manatdan çox qazanc əldə etmişəm”, -deyə kümçü bildirib.

Qeyd edək ki, ötən il rayonda 152 ailə ipəkqurdu bəsləyib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi