olkepress.com
olkepress.com

Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı

6-07-2020, 11:26

Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladıBakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından bu gündən M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki, əvvəllər olduğu kimi, saat 07:00-dan 20:00-dək müəyyən edilib.

Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi