olkepress.com
olkepress.com

BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir

25-12-2022, 22:00

BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir

Bakı Avrasiya Universitetində "Ümumi filologiya" kafedrasının baş müəllimi Çiçək Hüseynovanın təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş "İstiqlal şairi Əhməd Cavad" adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

"Olkepress.com" xəbər verir ki, tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Filologiya fakültəsinin dekanı, fil.ü.f.d., dos. Salman Süleymanov şairin yaradıcılığının spesifik xüsusiyyətləri haqqında fikirlər söylədi. "Ümumi filologiya" kafedrasının dosenti Seyfəddin Altayli "Türkiyə mətbuatı və nəşriyyatında Əhməd Cavad" adlı məruzəsində Əhməd Cavadın yaradıcılığının ölkəmizdə və onun hüdudlarından kənarda, xüsusilə Türkiyədə tədqiqi və təbliği istiqamətində görülən işlərdən, şairin yaradıcılığının poetik özəlliklərindən bəhs etdi. Türkiyədə mətbuat və nəşriyyat orqanlarında, müxtəlif cəmiyyətlərdə, başda Azərbaycan Milli Mərkəzi, Azərbaycan Kültür Dərnəyi, Azərbaycan diasporunda Əhməd Cavada verilən dəyər hər il onunla bağlı keçirilən tədbirlərdə, elmi və publisistik məqalələrdə öz əksini tapmışdır.

Sonra tələbələrin təqdimatında Əhməd Cavadın ömür yolundan bəhs edən bir neçə videoçarx nümayiş olundu, şairin "Azərbaycan bayrağına”, "Al bayrağa", "Göy göl", "Şükriyyəm üçün" kimi dərin mənalı şeirləri səsləndirildi. Əhməd Cavadın "Səsli qız" poeması haqqında yazılmış esse təqdim edildi.

Tədbirdə şairin əsərləri, ayrı-ayrı şəxsiyyətlərin şair haqqında yazdığı kitablar sərgiləndi. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirin sonunda şairin sözlərinə bəstələnmiş "Çırpınırdın, Qara dəniz" mahnısı, milli rəqs və musiqilərimiz ifa edildi, xatirə şəkilləri çəkildi.
BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir
BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir
BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir
BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir
BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir

BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir

BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir

BAAU-da “İstiqlal şairi Əhməd Cavad” adlı ədəbi-bədii tədbir


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi