olkepress.com
olkepress.com

Bakı Atatürk Liseyi dövlətin adından imtahan keçirib?

19-01-2021, 10:10

Bakı Atatürk Liseyi dövlətin adından imtahan keçirib?Bakı Atatürk Liseyin rəhbərliyi Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin adından sui-istifadə edərək dələduzluq ediblər.

Qlobal.az-a verilən məlumata görə hadisə 1 il əvvəl olub.

Məlumata görə Bakıda 1992-ci ildən fəaliyyət göstərən Bakı Atatürk Liseyində baş verən qanunsuzluqlar birbaşa lisey rəhbərliyinin nəzarəti altında həyata keçirilib.

Belə ki, əvvəllər Türkiyə vətəndaşlarını qanunsuz şəkildə işə götürdüyünə görə Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən 40 min manatadək cərimə olunan Liseyin rəhbəri Eylem Gültekin və yardımçısı Samir Balakişiyev Liseyin pedoqoji heyəti arasında Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin adından imtahan təşkil edib.

İmtahana əvvəlcədən əlbir olduqları repititorları dövlət orqanlarının nümayəndələri adından cəlb ediblər.

Lisey rəhbərliyinin dövlət orqanlarının adından istifadə edərək keçirdikləri imtahanda məqsədləri savadlı müəllimlərin liseydən uzaqlaşdırılması, onların yerinə isə öz adamlarının təyin edilməsi olduğu iddia edilir.

İmtahana etiraz edən müəllimlərə Lisey rəhbərliyi bu imtahanın Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin tələbi olduğu bildirilib. Əslində isə Liseyin binasında keçirilən imtahandan nə Azərbaycan Təhsil Nazirliyinin, nə də dövlət İmtahan Mərkəzinin xəbəri olmayıb.

Məsələ ilə bağlı müvafiq qurumlara şikayət ünvanlansa da, nədənsə qanunsuzluğa imza atanlar barəsində hüquqi addımların atılmadığı bildirilir.

Belə ki, adıçəkilən şəxslərdən məsələ ilə əlaqədar izahatlar alınsa da, sonradan heç bir iş görülməyib.

Liseyin keçirdiyi imtahan zamanı işsiz qalan müəllimlərin bəzilərinin məhkəməyə müraciət etdiyi deyilir.

Məsələyə Bakı Atatürk Liseyindən mövqe öyrəndik.

Liseydən bildirdilər ki, 14 ay əvvəl baş verən hadisə deyilənləri tam əks etdirmir. "Eyni zamanda bildiririk ki, bu cür məsələlər Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salır".

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi