olkepress.com
olkepress.com

KƏLBƏCƏR 2 saylı MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI DAVAM EDİR –SƏS YAZISI

18-01-2021, 10:23

KƏLBƏCƏR 2 saylı MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI DAVAM EDİR –SƏS YAZISISosial şəbəkələrdə Kəlbəcər rayon Təhsil Şöbəsi 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması barədə video-çəkiliş yayımlanmışdı.

Bu video-çəkiliş barəsində Kəlbəcər rayon Təhsil Şöbəsinin rəsmiləri 14.01.2021-ci il tarixdə açıqlama bildirmişdilər. Həmin açıqlamada bildirilirdi: “ Bu çəkiliş köhnə, 2018-ci ilə aid olan bir çəkilişdir və bu da Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalovun fəaliyyətə başladığı dövrü əhatə etmir. Videoda olan şəxşlər barəsində elə 2018-ci ildə də müəyyən cəza tədbirləri görülüb. İndi bu videonun yenidən yayılması Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərova qarayaxma kompaniyası deməkdir”.




ATİA.AZ-ın redaksiyasına Kəlbəcər 2 saylı məktəbin müəlliməsi Şəhla xanım zəng edərək bu açıqlamaya öz iradını bildirib. Belə ki, Şəhla müəllimənin dediyinə görə açıqlamada bildirilən məlumatlar həqiqəti əks etdirmir. Birincisi həmin video 2018-ci ildə yox, 2019-cu ildə çəkilib, ikincisi Şəhla müəllimə həmin videonu özü çəkdiyini iddia edir və bildirir ki, o videoda olanlar hamısı düzdür, həqiqətən pul yığılma faktları olub, heç bir işçi haqqında da cəza tədbiri görülməyib. Telefon danışığında məktəbin digər müəllimi Məmmədova Südabə də fikir bildirərək videoda olanların həqiqət olduğunu bildirib.
Təkzibə verilən məlumata yeni təkzib olan həmin səs yazısını təqdim edirik:




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi