olkepress.com
olkepress.com

Cəlilabad rayon təhsil şöbəsində rüşvət "sezonu" açıq elan olundu

2-09-2020, 11:13

Cəlilabad rayon təhsil şöbəsində rüşvət "sezonu" açıq elan olunduHər il olduğu kimi bu il də Cəlilabad RTŞ müdiri ​ Qərənfil Əhmədova ​ pul yığıma sezonunu açıq elan edib.

Pandemiya ilə əlaqədar olaraq qiymətlərdə ciddi bir dəyişiklik yoxdur. Hər il olduğu kimi bu il də sağlamlıq imkanları məhdud ​ uşaqlara görə ​ 200 azn, məktəbəqədər ​ hazırlıq qruplarının açılması üçün 200 azn, birinci sinif şagirdlərinə dərs deyəcək müəllimlərin adının sistemə salınması üçün 200 azn , 65 yaşdan yuxarı müəllimlərlə əmək müqaviləsi bağlamaq üçün 1500 azn , tarifikasiyanın təsdiqi üçün 100 azn, başqa yerdən transfer etdikləri şagirdlərə görə isə 500-1500 azn arası pul tələb olunduğu ​ bildirilib. Ölücan texniki işçilərin pulu isə ayrıdır.

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil ​ Əhmədova pulların yığımını əsasən inspektorlar vasitəsi ilə həyata keçirir. Hər bir inspektor onun kurasiyasında olan məktəb direktoundan pulu alaraq Qərənfil Əhmədovaya verir. ​ ƏMHM-nin pulu isə ayrıdır.
Sosial şəbəkələrdə açıq şəkildə pul yiğmaqla bağlı Qərənfil Əhmədovanın səs yazıları ​ paylaşılsada indiyə qədər ona cinayət işinin açılmaması və ya işdən qovulmaması onu göstərir ki, onun Təhsil Nazirliyində himayəçiləri var.Həmin himayəçilər ​ Qərənfil Əhmədova vasitəsilə ​ yerlərdən izahat və pul göndərərək işi bağlayır. Yoxsa aşkar şəkildə iclasda sement pulunu, aylıq pulu gec gətirənləri təhqir edən Qərənfil Əhmədova niyəişdə saxlanılsın? Kimsə demir elə Qərənfil özü öz dili ilə deyir ki, bu qədər pul verməlisən, bu pul nə puldur ki, bunu verə bilmirsiniz. Bir də Qərənfil bu işlərinə Allahə da alət edir və direktorlara deyir ki, siz Allah tərəfindən seçilmisiniz​ bu işə. Yəni deməyindən belə çıxır ki, Allah sizi bu işə seçib ki, siz yığıb gətirəsiniz. Əstağfullah ! Bu adam pul yığması üçün Allahın adına böhtan atırsa görün daha nələr edər.


Dediyimiz kimi Qərənfil Əhmədovanın korrupsiyasını ​ Təhsil Nazirliyində ​ müdafiə edənlər var . Biri Təhsil Nazirliyinin İRŞ nin müdiri Eşqi Bağırov, digəri isə Təhsil Nazirliyində zona üzrə kurator Əhliyyət Adıgözəlovdur.


Yeni təyin olunmuş Təhsil Naziri Emin Əmrullayev həqiqətən təhsildə yenilik etmək və bu korrupsiyanın qarşısını almaq istəyirsə bunları bilməlidir deyə düşünürük.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi