olkepress.com
olkepress.com

Ceyhun Bayramov tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsindən danışıb - VİDEO

15-04-2020, 11:49

Ceyhun Bayramov tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsindən danışıb - VİDEONazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar qəbul edib.

Oxu.Az-ın məlumatına görə, Təhsil naziri Ceyhun Bayramov AZTV-də yayımlanan “Hədəf” proqramında qərardan danışır.
Nazir koronavirus pandemiyasına görə təhsil haqqı dövlət tərəfindən ödəniləcək tələbələr, dərslərin bərpası və təhsillə bağlı digər sualları cavablandırır.
C.Bayramov bildirib ki, Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qəbul edilən qərarın həyata keçirilməsi üçün dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılacaq:
“Sosial həssas qruplara aid olan ailələrə dövlət hər zaman qayğı ilə yanaşıb. Qərar 20 mindən çox tələbəni əhatə edəcək”.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi