olkepress.com
olkepress.com

Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var - VİDEO

3-03-2021, 15:57

Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var - VİDEOXalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətində yaxşıya doğru irəliləyiş var.

Bu haqda AzTV-yə danışan həyat yoldaşı Güllü Hüseynova musiqiçinin vəziyyətinin yaxşılaşdığını bildirib. O deyib ki, Rəmişi vaxtında xəstəxanaya yerləşdiriblər:

“Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Arzum budur ki, Rəmiş ayağa dursun, öz ayaqları üstündə evə getsin”.

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

O, sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmazlığı, ağciyər problemindən əziyyət çəkir.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi