Əməkdar artist Firuzə İbadova yaşadığı evi ilk dəfə tamaşaçılarına göstərib.Ölkəpress.com lent.az-a istinadla xəbər verir ki, ifaçı “Günün sədası” verilişində bildirib ki, 32 kvadratlıq evdə qızı və nəvəsi ilə yaşayır: “İnsanların qarşısına gözəl libaslarda çıxıram. İnsanların üzünə gülürəm, amma evə gələndə kefim pozulur. Övladımla nəvəmə görə narahatam. Mən dünyamı dəyişsəm, onlar necə olacaq ? ( Ağlayır ) Neçə illər Cavanşir müəllimlə çalışıram. Biz getdiyimiz toylarda qiymət orta məbləğ olub. Ansamblımızda adamlar çoxdu, pullar bölünür. Mənə böyük pullar qalmayıb. İstərdim ki, dövlətim mənə ev versin, tələbələrimi o evdə hazırlaşdırım”.