olkepress.com
olkepress.com

"Azərsığorta”nın departament müdiri fotoşopla düzəltdiyi şəklə 22 min ödəniş verib

22-02-2021, 17:13

"Azərsığorta”nın departament müdiri fotoşopla düzəltdiyi şəklə 22 min ödəniş veribAzərsığorta” dövlət sığorta şirkətinin departament müdiri Xəyyam Hətəmov xidməti fəaliyyəti ilə əlaqədar yaranan borcu ödəmək üçün tanışı qadının avtomobilini fotoşop proqramı ilə çox zədələnmiş kimi göstərərək külli miqdarda pulu şirkətindən hesabından əldə etdiyi iddia olunur.

Mubahise.az-ın əldə etdiyi özəl məlumata görə, Xəyyam Hətəmov “Azərsığorta”nın Sumqayıt filialının müdiri olarkən Ülviyyə Məmmədovanın idarə etdiyi 90 OU 777 nömrəli “Chevrolet Captiva” markalı avtomobil qəzaya düşüb.

2020-ci il martın 1-də baş verən qəzada Ü.Məmmədova qayda pozuntusu edərək Alıyev Sərvan Baba oğluna məxsus “Toyota Prado” markalı 90 UF 094 nömrəli avtomobili vurub. Buna görə də Ü. Məmmədova barəsində Sabunçu rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq İXP3122323 saylı prtokol tərtib edilib.

X.Hətəmov Azərsığortanın filial müdiri olarkən hadisə baş verib, bir müddət sonra o Baş İdarədə Qəza hallarının araşdırılması departamentinin müdiri yəyin olunub. Həmin vaxt "qurma" hadisəyə ödəniş verilib. Ödəniş alan Ülviyyə Məmmədova isə hadisədən sonra Baş ofisdə mühasib köməkçisi kimi işə qəbul olunub.

Qəza nəticəsində “Prado”ya dəyən ziyana görə Ü.Məmmədovanın avtomobilinin icbarı sığortasını həyata keçirən “Azərsığorta”nın hesabından S.Alıyevə 1370 manat ödəniş edilib.
Bundan sonra isə Ü.Məmmədovaya məxsus “Chevrolet” markalı avtomobilin qəzadan sonra çəkilmiş fotosu üzərində fotoşopla montaj işləri aparılaraq təxminən 1000 manatlıq zərər 22 min manata kimi çıxarılıb. Ü.Məmmədovanın “Chevrolet”inin kasko sığortası da “Azərsığorta”da olub.

Guya fotoşopa baxıb qərar çıxaran Xəyyam Hətəmov buna görə şirkətin hesabında işçisi Ülviyyə Məmmədovanın bank hesabına 22 min manat ödəniş edib.
Digər maraqlı məqam bundan ibarətdir ki, həm ərəfədə Xəyyam Hətəmovun xidməti fəaliyyətlə bağlı “Azərsığorta”ya 23 min manat debitor borcu olub. Lakin bu hadisədən sonra sehrli formada həmin borc ödənilərək bağlanılıb. Fotoşoplu şəklə görə bank hesabına 22 min manat ödənilən işçisi Ülviyyə Məmmədova isə onun ardınca Baş idarədə Mühasib köməkçisi olub.

Mubahise.az məsələ ilə bağlı mövqeyini öyrənmək üçün Xəyyam Hətəmova müraciət edib. O isə münasibət bildirmək istəməyib.

Qeyd edək ki, Xəyyam Hətəmov hazırda "Azərsığorta"nıb İdarə Heyətinin üzvüdür. Lakin "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən İdarə Heyəti üzvləri Mərkəzi Bankın müvafiq atestasiyasından keçməlidir. Hələlik bu prosedur da icra edilməyib.

"Azərsığorta”nın departament müdiri fotoşopla düzəltdiyi şəklə 22 min ödəniş verib


ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
MƏZƏNNƏ
 Valyuta məzənnəsi