olkepress.com
olkepress.com

Nazirdən sosial qayğı ilə əhatə olunanlarla bağlı AÇIQLAMA

26-01-2021, 12:31

Nazirdən sosial qayğı ilə əhatə olunanlarla bağlı AÇIQLAMA“2020-ci ilin dekabr ayından indiyə kimi 12 min şəhid ailəsi və müharibə iştirakçıları sosial qayğı ilə əhatə olunub”.

Bunu Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, yeddi mindən çox şəxs sosial ödənişlər almağa başlayıb:

“Onlara təqaüd, müavinətlər təyin edilib. İki min ailə özünüməşğulluq proqramı çərçivəsində məşğulluq proqramlarına cəlb olunublar.

Üç mindən artıq ailəyə isə sosial-psixoloji dəstək göstərilib, eyni zamanda reabilitasiya xidmətlərinə cəlb edilib”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi