olkepress.com
olkepress.com

İcra başçısı isti kabinetində rahat oturub, sakinlər isə... - "Bu da onların biznesidir"

20-01-2021, 11:56

İcra başçısı isti kabinetində rahat oturub, sakinlər isə... - "Bu da onların biznesidir""Uşaqlar soyuqdan donur, nə qaz xətti çəkirlər, nə də imkan verirlər ki, həyətimdəki çinarın qolundan-budağından qırıb ocaq qalayım, balalarım isinsin”.

DİA.AZ xəbər verir ki, Masallının Şərəfə kənidindəki yeni məhəllələrin sakinləri mavi yanacağın yoxluğundan şikayətlənirlər. Daha doğrusu, qaz kəməri məhəllələrdən xeyli aralıda yerləşir, ancaq adamların həmin ana xətdən evlərinə xətt çəkmək imkanı yoxdur. Bu səbəbdən də yeni məhəllələrin sakinləri hər il qışı məşəqqət içində keçirirlər.

Məhəllə sakini Araz Cəbrayılov danışır: “Bu məhəllələr təxminən 10-15 ildir ki, salınıb. Çox şükür ki, işıq var, su məhəllələrin başındadır, daşıyırıq, yollara da özümüz aradabir daşdan, çınqıldan alıb tökürük. Ancaq məhəllələrdən 350-400 metr uzaqda olan ana qaz kəmərindən evlərimizə qaz xətti çəkməyə imkanımız yoxdur. Burda ev tikib yaşayanlar kasıb təbəqədir. İnsanlarda o qədər pul hardandır ki, yarım kilometlik məsafədən evinə qaz xətti çəkə?”

Araz Cəbrayılovun sözlərinə görə, ərazidə iki nəfərin evində mavi yanacaq var - bələdiyyə sədrinin və icra nümayəndəsinin. Digər ailələr isə odunu pulla alır: “İmkanları var, ana kəmərdən evlərinə xətt çəkiblər. Ancaq məsələn, mənim uşaqlarım evdə donur. O vaxt atam həyətimizdə çinar ağacı əkmişdi, mən o ağacın qolundan, budağından qırıb ocaq qalaya bilmərəm. Xəbərdarlıq ediblər ki, kəssəm, 800 manat cərimələnəcəm. Belə bir bəlanın içində yaşayırıq”.

Sakinlər əvvəllər meşədən çır-çırpı yığıb yandırar, qışı keçirərdilər, son illərdə bunun da qarşısı alınıb deyə, məcburdular ki, odunu pulla alsınlar: “İndi meşədən yerdən çürümüş budaq da götürməyə qoymurlar. Meşədən əlində bir quru, çürümüş budaq da çıxara bilməzsən. Tutsalar, birbaşa polis şöbəsinə aparıb cərimələyəcəklər. Ancaq maşallah, soyuqlar düşən kimi özləri maşınla odun gətirib satırlar adamlara... Özü də odunun metrəsi 25 manata... Sorğulayan yoxdur ki, sən balaları evində soyuqdan donan kasıba imkan vermirsən meşədən çırpı gətirsin, bu qədər odunu hardan, hansı yolla əldə edib, gətirib metrəsini 25 manatdan kasıba satırsan? Özləri yaradıblar bu şəraiti... Qaz xəttini evə qədər çəkib gətirsə, odunu kimə satar? Bu da onların biznesidir”.

Yeni məhəllələrdə təqribən 200-210 ailə yaşayır. Bu ailələrdə uşaq, qoca, əlil, xəstə var. Ailələr toplaşıb hər il rayon qaz idarəsinə, icra hakimiyyətinə müraciət edir. Sakinlərin deməsinə görə, həmin qurumlardan onlara bu işlərə görə maliyyə vəsaiti ayrılmadığı bildirilir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi