olkepress.com
olkepress.com

Ata aliment verməmək üçün ədliyyə müşaviri ilə əlbir olub qızını “öldürdü” - VİDEO

19-01-2021, 11:10

Ata aliment verməmək üçün ədliyyə müşaviri ilə əlbir olub qızını “öldürdü” - VİDEOŞuşadan məcburi köçkün düşmüş Fərhadova Reyhan Yunis qızı iddia edir ki, himayəsində olan nəvəsi Allahverdiyeva Nilufər Elgün qızı sağ olmasına baxmayaraq, sənədlərdə ölmüş kimi göstərilib.

Dominant.az xəbər verir ki, Reyhan Fərhadovanın dediyinə görə, qızı Fərhadova Günel Qabil qızı 2018-ci ilin 18 yanvarında xərçəng xəstəliyindən vəfat edib: “Qızım rəhmətə getməmişdən öncə həyat yoldaşından boşanmışdı. Rəhmətə gedəndən sonra qızımın qızı - nəvəm Allahverdiyeva Nilufər Elgün qızı mənim himayəmdə qaldı. Nəvəmin dünyaya gəlməsini atası istəmədiyi üçün Nilufəri doğulandan bəri özüm saxlayırdım, elə mənə də qəyyumluğa verildi”

Şikayətçi qeyd edir ki, illərdir nəvəsinə aliment ala bilmir: “Uşaq doğulanda atası ondan imtina etdi, aliment vermədi, arada 20-30 manat verməklə baş aldatdı. 10 ildir nəvəmi özüm saxlayıram. 2017-ci ilin sentyabr ayında mən alimentə görə məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə uşağa ayda 136 manat 60 qəpik aliment kəsildi. 4 ay alimenti aldım. Qızım rəhmətə gedən aydan bəri, artıq 3 ildir ki, uşağa aliment ala bilmirəm. Müraciət etmədiyi qurum qalmayıb. Dəfələrlə Fikrət Məmmədova (Ədliyyə naziri – red.) ərizə ilə müraciət etmişəm ki, yetimin haqqına girilməsin. Yetimə yoldan keçənlər də rəhm edir ki, könlü xoş olsun. Ancaq doğma atası dövlət qulluqçusu ilə əlbir olub yetimin haqqına girir”.

R.Fərhadovanın sözlərinə görə, uşağın atası ona aliment verməmək üçün qızının adına ölüm kağızı çıxartdırıb: “Nəvəm sağ-salamat ola-ola Şuşa rayon icraçısı (Ədliyyə Nazirliyi Şuşa Rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri – red.) Vaqif Hüseynov sənəd verib ki, Allahverdiyeva Nilufər Elgün qızı 18 yanvarda (anasının öldüyü gün – red.) rəhmətə gedib. Qəbiristanlıqda yatan qızıma isə məktub göndərib ki, “sənin alimentin xitama getdi”. Bir sözlə, Vaqif Hüseynov dirini ölü kimi göstərib, ölüyə də məktub yazıb. Vaqif Hüseynovun nə marağı varsa, sağ uşağı ölü yazıb, nəvəmin hüququnu tapdalayıb. Qızımın ruhunu narahat edən, ölüyə məktub yazan Vaqif Hüseynovdan şikayətçiyəm, onun cəzalandırılmasını tələb edirəm”.

Öldü kimi qələmə verilən Nilufər Allahverdiyeva Prezident İlham Əliyevə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edib: “Mən ölməmişəm, sağam, bu mənim “metirkam”, bu da şəxsiyyət vəsiqəm. Cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, pozulmuş hüquqlarımın bərpa olunması barədə göstəriş versin”.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi