olkepress.com
olkepress.com

Əli Həsənovun Gəncədə işğal etdiyi "MƏTBUAT EVİ"... - VİDEO

18-01-2021, 11:42

Əli Həsənovun Gəncədə işğal etdiyi "MƏTBUAT EVİ"... -  VİDEO"Əli Həsənovun uzun illərdir "Kaspi" təhsil mərkəzi adı altında işğal etdiyi bina Gəncə mediasına qaytarılmalıdır. Bu günün və dövrün tələbi, yerli media nümayəndələrinin doğal haqqıdır".

Bu fikirləri Gəncədə yaşayan jurnalist Marif Rzayev KİVDF rəhbəri Vüqar Səfərlinin həbsinə münasibət bildirərkən səsləndirib.
"Demokratik.Az"-a danışan jurnalist regionda qəzet satışının düzgün təşkil edilmədiyini, həllini gözləyən bir sıra media problemlərini yada salıb.
Xatırladaq ki, sözügedən bina uzun illər "Kaspi" TM-in özəl binası kimi Sona Vəliyevanın idarəçiliyində olub.
Bina Gəncə Park Bulvar Kompleksinin mərkəzində yerləşməklə əvvəlcə jurnalistlər evi adı altında inşa edilib. 2017-ci ilin fevral ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi olmuş “Gəncəçay” park-bulvar kompleksindəki "Mətbuat Evi" kimi ictimaiyyətə təqdim olunub. Elə həmin ildən etibarən bina təyinatı üzrə deyil, prezidentin sabiq köməkçisi Əli Həsənovun diqtəsilə ailəsinə məxsus olan "Kaspi" şirkətinin tədris binası kimi istifadə edilib.
İnanırıq ki, bina bundan sonra Gəncənin "MƏTBUAT EVİ" kimi öz fəaliyyətini bərpa edəcək...



ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi