olkepress.com
olkepress.com

AzTV-də Rövşən Məmmədli “dərəbəyliyi”: - Şikayət edəni işdən qovurlar, maaşlar isə 250 manat

24-12-2020, 11:11

AzTV-də Rövşən Məmmədli “dərəbəyliyi”: - Şikayət edəni işdən qovurlar, maaşlar isə 250 manat
AzTV-nin musiqi kollektivi maaşlarından narazıdır.

Ovqat.com-a şikayətlərini ərz edən musiqiçilər bildiridlər ki, ayda cəmi 250 manat alırlar.

Adi maska taxmamaq cəzasının 100 manat olduğu bir məmləkətdə bu pulla necə dolanacaqlarını anlamayan kollektiv hara şikayət edəcəklərini də bilmirlər. Dediklərinə görə, dövlət şirkətinin yeni sədri Rövşən Məmmədli bu cür “zarafat”ları sevmir. İndiyədək kim şikayət edibsə, dərhal işdən çıxarılıb. Bu da şirkət kollektivi üçün dərs olub. Artıq heç kim ağzını açıb dərdini dilə gətirə bilmir.

Şikayətçilərin fikrincə, hətta quldarlıq quruluşunda belə, kölələr acından ölməsin deyə, zəruri qida məhsulları ilə təmin edilirdilər. AzTV dərəbəyliyinin öz işçilərinə verdiyi maaş isə ancaq yol puluna çatır. Geri qalan pulla isə aylıq qida məhsullarını almaq imkansızdır.

AzTV işçilərinin bildirdiyinə görə, Rövşən Məmmədli yeni vəzifəsinə təyin olunanda bütün Azərbaycan məmurları kimi özünü kollektivə şirin göstərmək üçün onları bir araya toplayıb iclas keçirib. İclasda işçilərinə söz verib ki, uzağı, 4 aya qədər maaşlarını dəfələrlə artıracaq. O gündən AzTV musiqiçiləri hər ayın əvvəli gələndə böyük səbrsizliklə maaş veriləcək anı gözləyirlər. Maaş cədvəlinə qol çəkəndə isə bütün ümidləri cilik-cilik olub yerə tökülür. Sədrin söz verdiyi gündən indiyədək bir ildən çox vaxt keçir. Rövşən Məmmədli təqdimindəki 4 ay isə gəlmək bilmir ki, bilmir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi