olkepress.com
olkepress.com

İlahi işarələr və ya Tanrının qəzəbi

1-10-2019, 16:35

İlahi işarələr və ya Tanrının qəzəbiİctimai Televiziya və Radio Yayımları Şirkətində dünən – 28 sentyabr 2019-cu il tarixində, gecə saatlarında yanğın baş verib.

Bu xəbəri eşidəndə, sözün düzü, sarsıldım, çox pis oldum. Təkcə ona görə yox ki, İTV mənə doğmadı, 13 il bu kollektivdə çalışmışam, orada çoxlu dostlarım, xatirələrim var. Ona görə sarsıldım ki, 200-ə yaxın əməkdaşı işdən çıxardaraq küşəyə atan günahsız işçilərin ahı sanki yerdə qalmadı. Təcrübəli mütəxəssisləri, illərlə bu kollektivdə çalışan kadrları səbəbsiz-filansız bir günün içində qapının arxasında qoymaq və bu azmış kimi onların əvəzinə kanal rəhbərliyi ndə təmsil olunanların, “rəhbərcik”lərin səriştəsiz tanış və qohumlarnı yerləşdirmək heç bir sağlam məntiqə sığmır.

O doğru imiş ki, qanunlar cəzalandırmayanda ilahi qanunlar dövriyyəyə girir. Maraqlıdır, deyilmi? Buna sübut olaraq ilk işarə bir müddət öncə şəxsən Balakişi Qasımova gəldi. Ayağı bir neçə yerdən sındı, aylarla gipsdə qaldı hətta işə qoltuğ ağacı ilə gəlmək məcburiyyətində oldu. İkinci işarə Avrovizyon yarışmasında Azərbaycan xəritəsi nümayiş olunarkən Qarabağın xəritədə göstərilməməsi idi. Sağ olsun dövlətmizin bəzi məmurları ki, bu boyda biabırçılığı örtbasır etdilər. Fikirləşirdim ki, - bildiym qədəri ilə B. Qasımov ibadət əhlidi - bəlkə bu işarələrdən bir nəticə çıxarar, haqsızlıqlara son qoyar. Amma belə olmadı, necə deyərlər, sən saydığını say, gör Balakişi Qasımov nə sayır.

Bu dəfə isə kabnetinin yanması, bir çox qiymətli əşyalarının kül olması, vacib sənədlərin məhv olması və ya sıradan çıxması – bütün bunlar daha bir işarə deyilmi? Bəlkə davamlı olaraq baş verən bu hadisələr səbəsiz yerə işdən çıxardığı şəxslərin körpə balalarnın ahu-naləsidi? Heç nə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, yaxşı oyunçu olmaq olar, amma insanların hissləri və taleləriylə oynamaq olmaz. Qətiyyən olmaz! Bunu göydə Allah, yerdə bəndə götürməz.

Əlqərəz, ayılın qəflət yuxusundan, ey haqsız və ədalətsiz iş görən oyunçular, sizi daban-dabana izləyən bəlalardan öznüzü yaxşı əməllərnizlə qoruyun. Tanrı hər birinizə yar və yardımçı olsun.

Ceyhun Şüküroğlu


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi