olkepress.com
olkepress.com

Şahnazarovdan ŞOK ETİRAF: "Əliyev bütün Cənubi Qafqazın lideridir" - VİDEO

19-11-2020, 17:26

Şahnazarovdan ŞOK ETİRAF: "Əliyev bütün Cənubi Qafqazın lideridir" - VİDEO"Hazırda Azərbaycanda baş verənlər fenomenaldır. İlham Əliyev bütün postsovet məkanında 30 il ərzində Qafqazın ən uğurlu və təsirli siyasətçisinə çevrilib".

Publika.az xəbər verir ki, bunu erməni əsilli rusiyalı məşhur rejissor, Rusiyanın xalq artisti, "Mosfilm"in baş direktoru Karen Şahnazarov “Rusiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində deyib.

O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda mövqelərinin güclənməsi Prezident İlham Əliyevin bütün regionun siyasi lideri olmağa iddia etməsinə imkan verir. Karen Şahnazarovun fərz etdiyi kimi, bu məqsədə çatmaq üçün onun həm pulu, həm resursları, həm də indi hərbi imkanları var.

“O, yaxşı bir məktəbə sahib olan görkəmli, ağıllı siyasətçidir və bu, qeyd-şərtsizdir. Bu halda ona qarşı kimin nə sözü ola bilər ki? Cənubi Qafqazın regional birliyə ehtiyacı var. Bu gün bu regional birliyin lideri kim ola bilər? Əlbəttə ki, Cənab İlham Əliyev! Müharibədə qələbə çalan, neftə, pula və hər şeyə sahib olan Azərbaycanı ilə birlikdə!”, - deyə rejissor vurğulayıb.

ölkəpress.com






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi