olkepress.com
olkepress.com

Deputat AzTV-nin efirində rayon prokurorunu sərt tənqid etdi: - VİDEO

4-09-2020, 10:50

Deputat AzTV-nin efirində rayon prokurorunu sərt tənqid etdi: - VİDEO“Mənə bir məktub daxil olmuşdu. O məktubun nəticəsini öyrənmək üçün Binəqədi rayon Prokurorluğuna müraciət etdim. Prokuror Nazim İmanovdur. Birinci qəbul otağı ilə danışdım, mənə dedilər ki, prokuror yerindədir. Prokurorun birbaşa öz nömrəsini verdilər, zəng etdim, cavab gəlmədi. Üçüncü, dördüncü, beşinci dəfə yığdım, cavab olmadı”.

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev AzTV-nin efirində qonaq olduğu proqramda deyib.
R.Nurullayev prokurorun bu yanaşmasını “məmur obrazına tüpürmək” adlandırıb:

“Yenidən zəng etdim, məni köməkçisi ilə calaşdırdılar. Köməkçisinə dedim ki, deputat Razi Nurullayevdir, filan məsələ ilə bağlı zəng edirəm. Xahiş edirəm ki, prokurora deyin, telefona cavab versin. Köməkçisi “Bu saat deyirəm, Razi müəllim”,- dedi. Təzədən 5-6 dəfə zəng etdim, yenə götürmədi. Zəng etdim qəbul otağına, dedim ki, prokuror yerindədir, dedilər ki, bəli. Yenə yığdım götürmədi. Bu məsələnin axırına çıxmaq üçün günortadan sonra yenidən 3-4 dəfə yığdım, götürmədi. Təzədən qəbul şöbəsinə yığdım, dedilər yerinədir. Bu nədir? Bu saymazlıqdır. Bu, məmur obrazına tüpürməkdir”.
(Cebhe.info)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi