olkepress.com
olkepress.com

ABDİN FƏRZƏLİYEV SAKİNLƏRLƏ NÖVBƏTİ SƏYYAR QƏBUL KEÇİRMİŞDİR

14-11-2019, 12:38

ABDİN FƏRZƏLİYEV SAKİNLƏRLƏ NÖVBƏTİ SƏYYAR QƏBUL KEÇİRMİŞDİRRayon rəhbərliyinin, rayonun bələdiyyə, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilmiş, onların rəy və təklifləri nəzərə alınmış, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılmış və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilmiş, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilmişdir.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır.
Qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.
(xalqxəbər.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi