olkepress.com
olkepress.com

Bakıda uşaq bağçasında 4 yaşlı oğlan öldü

11-12-2021, 19:21

Bakıda uşaq bağçasında 4 yaşlı oğlan öldü

Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Dadaşov Mehti Ramin oğlunun halı qəfil pisləşib.
4 yaşlı uşaq bağça əməkdaşlarının köməkliyi ilə saat 14:00 radələrində yaxınlıqdakı klinikaya çatdırılıb, lakin onun artıq vəfat etdiyi məlum olub.

İlkin araşdırmalar zamanı azyaşlının üzərində hər hansı xəsarət izi aşkar edilməyib. Onun hansı səbəbdən halının pisləşməsi və vəfat etməsi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi