olkepress.com
olkepress.com

Skaut Liderlərin I Gənclər Forumunun təqdimat mərasimi keçirilmişdir+FOTO

22-10-2019, 15:21

Skaut Liderlərin I Gənclər Forumunun təqdimat mərasimi keçirilmişdir+FOTO19 oktyabr 2019-cu il tarixində Sabunçu Rayon Gənclər Evində Azərbaycan Skautlar Assosiasiyası tərəfindən icra olunan və Azərbaycan Respublikası Gənclər Fondunun 12-ci qrant müsabiqəsində qalib olmuş “Skaut Liderlərin I Gənclər Forumu”nun rəsmi təqdimat mərasimi baş tutmuşdur. Tədbirə gənc skaut liderlər, skautlar, o cümlədən skaut olmaq istəyən gənclər də qatılmışlar.

Tədbir zamanı iştirakçılara layihə və skautların fəaliyyəti haqqında geniş formada məlumat verilmişdir. Bildirilmişdir ki, forum 16-18 noyabr tarixində Sabunçu Rayon Gənclər Evində baş tutacaq. Eyni zamanda iştirakçılar forumda iştirak şərtləri, forumun proqramı haqda ətraflı məlumat almışlar. Sonda təşkilatın fəaliyyəti ilə bağlı gəncləri maraqlandran suallar cavablandırılmışdır.

Qeyd etmək lazımdır ki, cari ilin 16-18 noyabr tarixində keçiriləcək “Skaut Liderlərin I Gənclər Forumu” layihəsinin əsas məqsədi Bakıda və bölgələrdə fəaliyyət göstərən skaut liderlərində idarəetmə, planlaşdırma, təşəbbüskarlıq, özünü inkişaf, ünsiyyət və s. kimi bacarıqları inkişaf etdirməkdən ibarətdir. Həmçinin Sabunçu Gənclər Evi ilə birgə forumun təşkil olunması skautinqə marağın artmasına və yeni üzvlərin cəlb olunmasına səbəb olacaqdır.
Skaut Liderlərin I Gənclər Forumunun təqdimat mərasimi keçirilmişdir+FOTOSkaut Liderlərin I Gənclər Forumunun təqdimat mərasimi keçirilmişdir+FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi