olkepress.com
olkepress.com

"Hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır” - Osman Gündüzdən tənqid

2-11-2021, 13:16

"Hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır” - Osman Gündüzdən tənqid

Bir çox sahədə dövlət rüsumlarının artırılması ilə bağlı hökumətin parlamentə verdiyi təkliflər son günlər müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimai şəxslər bunun əsaslandırılmasını istəyiblər. Rüsumların artırılması ilə bağlı açıqlama verən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, səbəblərdən biri də kağızın qiymətinin artmasıdır.

Ölkəpress.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz nazirlik rəsmisinin mövqeyini tənqid edib:
O bildirib ki, əslində hökumətin rəqəmsallaşma sahəsində gördüyü işlər rüsumların azaldılmasına səbəb olmalıdı idi: “Dövlət rüsumlarının artırılması səbəbini izah edən nazir müavini Azər Bayramov bunu həm də son 10-15 ildə kağızın qiymətinin və çap xərclərinin artması ilə əsaslandırıb. Hörmətli nazir müavininin diqqətinə çatdırıram ki, son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayrılıb. Bəs bunun nəticələri necə oldu, məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı.

Digər dövlət qurumları da açıqlamalar verirlər ki, elektronlaşma , rəqəmsallaşma əsasında effektivlik təmin olunur, xərclər azalır, operativlik artır və s.

İndi biz kimə inanaq? Anlaşılmazdır ki, əgər kağızın üzərində siyasət quracaqdıqsa, onda elektronlaşmaya milyonlar ayrımaq nəyə lazımıydı? Belə çıxır ki, ya elektron hökumətə ayrılan xərclər özünü doğrultmayıb , ya da hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi