olkepress.com
olkepress.com

Həbsdə dindarlaşan məmurlar: “Sıxıntıya düşən kimi Allah yada düşür“

28-10-2021, 11:44

Həbsdə dindarlaşan məmurlar: “Sıxıntıya düşən kimi Allah yada düşür“

“Dünya imtahan meydanıdır. İnsan istər mömin olsun, istərsə də imandan uzaq, hər iki halda tutduğu yolla imtahan olunur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, “Heydər” məscidinin axundu Hacı Ağasəid Yaqubov bildirib.

O, insanın çətinliyə düşən zaman Allah sığınmalı olduğunu bildirib:

“İnsan Allahı həyatı boyu tanıyıb ona ibadət etdiyi zaman təbii ki, Allah onun bu inamını sınağa çəkmək üçün də imtahan edir. Allah insanı zinət, var-dövlət və ya maddiyyatla da imtahana çəkir və bir növ, deyir: “Görüm bəndəm buna nə qədər tap gətirəcək”.

Qeyd edək ki, son vaxtlar istefaya göndərilən və ya həbs olunan məmurların həbsxanada dinə üz tutmalarıdır. Korrupsioner və rüşvətxor kimi damğalanmış bu şəxslərin bir çoxunun məhbus həyatında namaz qılmağa, oruc tutmağ başladığı barədə məlumatlar var.

Ağasəid Yaqubovun sözlərinə görə, başı var-dövlətə qarışan insan Allahdan uzaq düşür. “Bu məqamda Loğman əleyhissəlamın oğluna verdiyi nəsihətə nəzər salaq: “Ey oğul, bu dünya dərin bir dəryadır, burada alimlər boğulub”. Buna görə də maddi dünyaya bağlanan heç bir insan nicata gedib çıxa bilmir”.

“İnsan sıxıntılı halında niyə Rəbbinə üz tutur? Çünki buna məcburdur. Rahatlıq tapdıqda Allahı unudur və sıxıntı zamanı Allaha üz tutur. Sıxıntılı halda Allah yaxınlaşmaq doğru deyil. İnsan həyatı boyunca Allahı yad etməlidir. Tutduğu mövqe, gördüyü işlər Allahı yad etməklə olmalı, işin doğru-düzgünlüyünü Allahın buyruğu ilə ölçməlidir. Buna görə də, nəfsə uyub pis işlərdən hər zaman çəkinilməlidir.

İnsan dünyaya gəldiyi zaman özü ilə Allah nuru gətirir. Həmin Allah nurunu bəzi insanlar gizlədir. Günahlarına görə həbs edilən zaman isə Allah nurundan yapışırlar. Odur ki, Allah buyurur ki, istər rahatlıqda, istərsə də sıxıntıda Allahı unutmayın!”

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi