olkepress.com
olkepress.com

“Sədərək Yusif” Qədimbəyli indi də klinika tikdirir…- VİDEO

16-09-2021, 11:13

“Sədərək Yusif” Qədimbəyli indi də klinika tikdirir…- VİDEO

Son bir ildə mətbuatda adı ən çox hallandırılan biznesmenlərdən biri, bəlkə də birincisi Yusif Qədimbəylidir.

Sədərək Ticarət Mərkəzinin sahibi kimi tanınan Yusif Qədimbəylinin ölkədən külli miqdarda xarici valyuta-dollar çıxartması ciddi ajiotaj yaratdı.
Çünki Beynəlxalq Bank qalmaqalından sonra ölkədən dollar çıxarılması ciddi nəzarətə götürülmüşdür.
Amma deyəsən, Sədərək Yusif ölkə qanunlarına o qədər də hörmətlə yanaşmır.
Bəli, yayılan xəbərlərdə Yusif Qədimbəylinin qazandığı milyonları Çexiyaya köçürməsi qeyd olunurdu.
Ümumiyyətlə, son illər Qədimbəyli Çexiyanı az qala Naxçıvanın bir rayonuna çevirib. Yusifin təkcə Çexiyada bir şirkətinin aktivləri 40 milyondan çoxdur.
Qədimbəyli Çexiyada xeyli sayda daşınmaz əmlak, mülk əldə edib. Şirkəti isə Çexiyada daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, icarəyə verilməsi ilə məşğuldur.
Məlumat üçün onu da qeyd edək ki, “Sədərək Ticarət Mərkəzi” 1995-ci ildə yaranıb və hazırda iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran, Çexiya, Polşa kimi bir sıra xarici ölkələrdən idxal etdikləri məhsulları bu ticarət şəbəkəsində satırlar. Yəni “Sədərək Ticarət Mərkəzi” Cənubi Qafqazın ən böyük topdansatış mərkəzlərindən biridir.
Pul, sərvət bu adamı o qədər məcrasından çıxarıb ki, ölkə qanunlarını ayaq altına ataraq, Milli parklarda KƏL ovlayır.
Bəli, Şahdağ Milli Parkının yaxınlığındakı Şah yaylağında Sədərək Yusifin möhtəşəm villası var. Və Yusif Qədimbəyli kefi istəyən vaxt Milli Parka sorğu-sualsız daxil ola bilir və qonaq-qarası ilə ovlanması yasaq olan heyvanları ovlayır.
Onu da qeyd edək ki, Sədərək Ticarət Mərkəzi ilə yanaşı “Cənnət bağı” Şirkətlər Qrupu da Yusif Qədimbəyliyə məxsusdur.
Bəli, bu boyda sərvət, mal-mülk, milyonlar Yusifi doyurmadığı üçün Qədimbəyli Quba rayonu Xınalıq kəndində kasıb sakinlərin dədə-baba torpaqlarını da zəbt edərək orada istirahət mərkəzi inşa etdirib.
Təsəvvür edirsiniz, həmin ərazi sakinlərin yüz illərdir ki, dədə-baba torpaqlarıdır, həmin ərazidən örüş yeri kimi istifadə edərək, mal-qara saxlayırlar və ailələrini dolandırırlar.
Gözü doymayan Yusif Qədimbəyli imkansız adamların da torpaq sahələrinə göz dikib.
Hətta cənab Prezidentin Xınalığa səfəri zamanı sakinlər bu barədə cənab İlham Əliyevə məlumat veriblər. Və cənab Prezident deyib ki, “ Torpaq kəndliyə məxsusdur, heç kimin ixtiyarı yoxdur onu sizdən almağa”.
Bütün bunlara baxmayaraq Yusif Qədimbəyli, hətta Prezidentin də göstərişini saymayıb və məhkəmələrin köməyi ilə sakinlərin torpağını ələ keçirib.
Bax, bu özbaşınalığın son həddidir.
Yusif Qədimbəylinin Prezident Administrasiyasında işləyən oğlu Vüqar Qədimbəyli hakimlərə zəng edərək atasının qanunsuz hərəkətlərinə dəstək verir.
Deməli, PA-da oturan Vüqar Qədimbəyli cənab Prezidentin haqlı mövqeyini deyil, atasının qanunsuz maraqlarını dəstəkləyir.
Yeri gəlmişkən, Yusif Qədimbəylinin oğlu az da olsa həbsxana həyatını görüb, amma özünü lap uşaq kimi aparıb.
Qədimbəylidən soruşan lazımdır ki, ay Yusif, düz əməlli-başlı təhsilin də yoxdur. Qazandıqların sənə azlıqmı edir, indi də Allah qoymasa, səhiyyə-tibb sahəsinə baş vurursan, özəl klinika tikdirməyə hazırlaşırsan. Hətta bunun üçün Qasım Rzayevdən stomotoloji klinikanın yerini də almısan.
Bunlar hələ harasıdır ?
Yusif Qədmibəyli, deyirlər insanın nəfsi dibsiz quyudur, dolmaq bilmir. Amma sənin nəfsin nədirsə, quyudan da o yanadır.
Yadındadır, Qara Qarayev metrosunun düz ağzında, sakinlərin keçdiyi yolun üstündə, uşaqların oynadığı ərazini dəmir turbalarla hasarlamışdın və bünövrə də qazmışdın. Və bunun üçün 1 milyon da pul vermişdin, Hacıbala Abutalıbova. Bu yazınınn müəllifi olaraq hər gün sənin əməllərini müşahidə edirdik. Ancaq nə bina tikə bildin, nə də 1 milyonu geri ala bildin.
Sakinlərin 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətləri öz nəticəsini verdi.
Xanım Əliyevanın qəti göstərişindən sonra həmin ərazidəki tikinti ləğv olundu. Və sakinlər rahat nəfəs aldı. Sonra həmin məhəllədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə AZAD MƏHƏLLƏ layihəsi tətbiq olundu.
Deyəcəyimiz odur ki, Yusif Qədimbəyli elə bilir ki, pulu varsa, hər şeyi edə bilər. Amma ona başa saldılar ki, get Sədərəkdə alverini elə və ayağını yorğanına görə uzat.
Xınalıqda etdiklərini sənə bağışlamayacaqlar, Sədərək Yusif.


(teref.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi