olkepress.com
olkepress.com

Lapşinin Azərbaycandakı dostları kimlərdir?

11-09-2021, 17:19

Lapşinin Azərbaycandakı dostları kimlərdir?

Aleksandr Lapşini xüsusi təqdim etməyə ehtiyac yoxdur. Bloger kimi tanınan bu şəxs Azərbaycana düşmən kəsilib və qatı ermənipərəst mövqeyində olduğunu hamı bilir. Dünən Lapşin Feysbuk səhifəsində Bakı metrosundan şəkil paylaşaraq belə bir status yazıb:

“Bu şəkli Azərbaycandan bir dost göndərib. Onlar ictimai nəqliyyatda Ermənistana qarşı yeni təcavüz təbliğatı var. Ekranda Ermənistan şəhərlərinin adları göstərilir və dərhal da o yerləri Azərbaycan adları ilə verirlər. Şəkli göndərən oğlan ekranda Vardenis sözünün yanında Basarkeçər yazıldığını göstərib. Belə başa düşdüyüm kimi, artıq İrəvan, Vanadzor, Eçmiadzin, Stepanavan adları da Azərbaycan versiyaları ilə təqdim olunur və o əraziləri özlərininki hesab edirlər. Bu təbliğat bütün avtobuslarda, metroda və Bakının küçələrində gedir".
Diqqəti cəlb edən toponimlərin adlarının təbliğatı yox, Lapşinə informasiya ötürən ”oğlan”ın kimliyidir. Yəni, Lapşin və onun kimiləri üçün Bakıdan informasiya ötürənlər də var. Təəccüblü deyil. Hələ Lapşin Bakıda həbs olunanda Londonda fəaliyyət göstərən “Azerfreedom” adlı bir internet kanalı Lapşinin həbsinə etiraz etdiyini və gələcəkdə Lapşinə kompensasiya ödəyəcəklərini vəd vermişdi. Lapşin azad edildikdən sonra, o həmin internet kanala dəvət edilmiş və Azərbaycana qarşı təbliğat aparmışlar. Bu barədə yaxınlarda “Fedai.az” saytında maraqlı araşdırma da yer alıb.

Müvafiq orqanlar Lapşin kimi Azərbaycan düşmənləri ilə əməkdaşlıq edən, ona informasiya verənləri aşkarlayıb tədbirlər görməlidir. Bu gün metro, ya avtobusdan şəkil çəkib göndərən, sabah məxvi obyektlərdən fotoreportajlar hazırlayıb ötürə bilərlər.
(Moderator.az )

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi