olkepress.com
olkepress.com

Deputat Nigar Arpadarai operativ qərargaha sual ünvanladı - VİDEO

9-07-2021, 18:51

Deputat Nigar Arpadarai operativ qərargaha sual ünvanladı - VİDEO


Milli Məclisin deputatı Nigar Arpadarai parlamentin bu gün keçirilən növbədənkənar iclasında COVID pasportlarının verilməsində yaranan anlaşılmazlıqlardan danışıb.

Deputat bildirib ki, COVID pasportları ilə bağlı ciddi müzakirə və əsaslandırmalara ehtiyac var:

“Hazırda xroniki xəstəlikləri, allergiyası olan, yaxud şəxsi qərarı ilə peyvənd olunmayanlar sağlamlıq mərkəzlərinə və bir sıra müəssisələrə daxil ola bilmirlər. Bu, nə dərəcədə doğrudur? Heç kəsin şübhəsi yoxdur ki, dövlət insanların sağlamlığını düşünür. Amma müzakirə olunmadan tətbiq edilən qərarlar bürokratiyaya çevrilir. Hesab edirəm ki, bunun əlavə əsaslandırılması olmalıdır. İnsanlara məlumat verilməlidir ki, təkrar yoluxma halı neçə faizdir.

Apardığım araşdırmaya görə, dünyada təkrar yoluxma halları bir faizdən azdır”.

Ətraflı videonu təqdim edirik:




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi