olkepress.com
olkepress.com

Ermənistanın rəsmi nümayəndələri Bakıya gəlir

3-12-2019, 20:05

Ermənistanın rəsmi nümayəndələri Bakıya gəlirErmənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Heyətin tərkibində Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Nəqliyyat Departamentinin Texniki siyasət şöbəsinin müdiri Arman Karapetyan və Ermənistan XİN-nin İnkişaf sahəsində Çoxtərəfli Siyasət və Əməkdaşlıq Departamentinin məsləhətçisi Artem Aznauryan Bakıya gələcəklər.
Erməni mediasının xəbərinə görə, nümayəndə heyəti TRASEKA-nın XIV iclasında və 4-7 dekabr tarixlərində sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş konfransda iştirak edəcək.
TRASEKA Avropa Birliyi tərəfindən 1993-cü ildə təklif edilən çoxtərəfli əməkdaşlıq proqramıdır. Hökumətlərarası Komissiya 2000-ci ildə yaradılıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi